茄子视频app丝瓜视频 视频茄子视频app丝瓜视频 视频,男性经常早上有晨勃现像正常吗?男性经常早上有晨勃现像正常吗?,猫咪1.1.2最新破解版下载猫咪1.1.2最新破解版下载

发布日期:2021年07月28日
茄子视频app丝瓜视频 视频茄子视频app丝瓜视频 视频,男性经常早上有晨勃现像正常吗?男性经常早上有晨勃现像正常吗?,猫咪1.1.2最新破解版下载猫咪1.1.2最新破解版下载Hacı Əliyev: "Firdovsi Umudovun əziyyətini itirə bilmərik"
Hacı Əliyev: "Firdovsi Umudovun əziyyətini itirə bilmərik" "Namiq Abdullayev uzun müddət baş məşqçilik fəaliyyəti ilə məşğul olmayıb. Onun üçün çətin olduğunu kənardan görürəm"
Fərdi
2173
1 Yanvar , 2021 18:51
Hacı Əliyev: Firdovsi Umudovun əziyyətini itirə bilmərik

Azərbaycanın sərbəst güləş üzrə milli komandasının kapitanı, 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyevin "Report"a müsahibəsi

- 2020-ci ili necə dəyərləndirirsiniz?

- İlin əvvəlləri nə Azərbaycan üçün, nə də dünya üçün uğurlu oldu. Çünki pandemiya ilə əlaqədar bütün dünya və ölkəmiz əziyyət çəkdi. İlin əvvəlində güləş üzrə Avropa çempionatı keçirildi. Həmin yarışda iştirak etmədim ki, Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa və ya Dünya Təsnifat Turnirinə qatılım. Martda lisenziya yarışları keçirilməli idi, pandemiyaya görə təxirə salındı. Bu qərarlar bizim üçün heç də yaxşı olmadı. Çünki həm lisenziya yarışlarına, həm də Tokio-2020-yə çox gözəl hazırlaşırdıq. Avropa çempionatında güləşmədiyim üçün uzun müddət yarışlar, təlim-məşq toplanışından uzaqda qaldım. Amma ilin sonunda Serbiyanın paytaxtı Belqradda Fərdi Dünya Kubokuna qatıldım. Yarışa Türkiyə millisi ilə Ankarada hazırlaşmağa başladıq. İlin sonunda bürünc medal qazandım və bunu uğurlu hesab etmək olar. Qızıl medal da qazana bilərdim. Amma bir ilə yaxın idi ki, güləşmirdik və tatamidən uzaq qalmışdıq. Bu isə idmançılar üçün çətindir.

- Amma Azərbaycan üçün çox uğurlu hadisə də baş verdi. Vətən müharibəsində qələbə qazanıldı...

- Qazandığımız möhtəşəm qələbə sağlamlığımdan və karyeramdan önəmlidir. Son aylarda öz qələbəmizlə bütün dünyaya səs saldıq. Şükürlər olsun ki, torpaqlarımızı azad etdik. Ali Baş Komandanımız, əsgərlərimiz və şəhidlərimizin gücü ilə çox gözəl işlər gördük. Özüm də Sərhəd Qoşunlarının zabitiyəm, baş leytenantam. Könüllü olaraq Orduya yazılmışdım. Amma məni cəbhəyə göndərmədilər. Buna baxmayaraq, idmançı yoldaşlarla, dostlarla istəyirdik ki, orada qalaq və döyüşək. Lakin bəzi səbəblərə görə bizi geri qaytardılar. Orada da demişdim ki, idmançılar olaraq hər zaman canımızdan keçməyə hazırıq.

Müharibə vaxtı peşəsindən asılı olmayaraq, bütün Azərbaycan kişilərinin borcudur ki, torpaqları uğrunda vuruşsun. Şəhidlər bizə, millətimizə görə canlarından keçdilər. Onların ruhları qarşısında baş əyirəm. Allah şəhidlərimizə rəhmət eləsin, valideynlərinə səbr versin. Həmişə idmançıların beynəlxalq arenada qazandıqları uğurlarla fəxr edilib və qürur duyulub. Artıq biz onlarla – şəhidlərimizə, qazilərimizlə fəxr edirik. Bizim borcumuzdur ki, şəhid ailələrinə yaxşı baxaq və onları daim diqqətdə saxlayaq, övladlarından çempionlar, həkimlər və böyük insanlar yetişdirək.

- 2021-ci ildən gözləntiləriniz nədir?

- Bu il bizi yeni yarışlar və təxirə salınmış olimpiada gözləyir. Hazırda lisenziya xarakterli yarışlara hazıraşıram. Əlimdən gələni edəcəyəm ki, mən də idman meydanında gözəl qələbələr qazanım və xalqımı sevindirim. İdmançıların öhdəsinə nə düşürsə, onu gücümüz çatan qədər edir, bayrağımızı qaldırır, himnimizi səsləndiririk. 2020-ci ili özüm və xalqım üçün uğurlu hesab edirəm. Düzdür, həm müharibəyə, həm də koronavirusa görə çox itkilər verdik. Ən önəmlisi odur ki, torpaqlarımızı işğaldan azad etdik. Mənim üçün bundan dəyərli heç nə ola bilməz.

- Koronavirusa görə hansısa yaxınınız vəfat edibmi?

- Bəli, bir neçə tanıdığım insan bu xəstəliyə görə dünyasını dəyişdi. Ən yaxınım isə xalam qızının yoldaşı idi. Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Qurban İsmayılov xəstəlikdən vəfat etdi. Mənə çox yaxın insanı 49 yaşında itirdik. Millətimizin hər bir vətəndaşı bizim üçün dəyərlidir. Ona görə də yetərincə ehtiyatlı olmaq lazımdır. Şəhidlərimizin valideynlərinə və dünyasını dəyişən hər bir kəsin yaxınlarına səbr diləyiriəm. Şəhidlik həqiqətən ən uca zirvədir. Özümə, qardaşıma və atam da şəhidlik zirvəsini arzulayardım. Şəhidlik zirvəsi Allah qatında ən üstün yerlərdən biridir.

- İdman yarışları sarıdan 2020-ci ildə ən uğurlu hesab edə biləcəyiniz hadisə hansıdır?
- İlin əvvəlində yunan-Roma güləşçilərimizdən Sənan Süleymanovla Rafiq Hüseynov İtaliyanın paytaxtı Romada Avropa çempionu oldu. Hüseynov qocaman idmançılarımızdandır. Cüdoda Orxan Səfərov eyni uğuru təkrarladı. Müxtəlif turnirlərdə mükafat qazanan idmançılarımız da var. Dünya Kubokunda isə qızıl medal qazana bilmədik. Səbəbi uzun müddət yarışlardan kənarda qalmağımız idi. Bu, həqiqətən öz sözünü dedi. Az da olsa, medal qazana bildik, finalda uduzan idmançılarımız oldu. Bəlkə yenə hansısa idmançımız uğur əldə edib, mənim yadımdan çıxa bilər. Amma kimsə bu çətin ildə, dönəmdə medal qazanıbsa, onları alqışlayıram.

Şəraitsizliklə, norma təlim-məşq toplanışı olmadan mükafatçı ola biliblər, ciddi uğurdur. Avropa çempionu olmaq isə həqiqətən böyük qələbədir. Onları təbrik edirəm. 2020-ci ildə uğurlarımız olub, sadəcə, pandemiyadan sonra idmanda sakitlik başladı. O vaxta qədər isə hər şey qaydasında idi. Hədəfimiz, məqsədimiz ölkəmizi olimpiadada yaxşı təmsil etməkdir.

- Sərbəst güləşdə bu il dəyişikliklər baş verdi. Artıq Namiq Abdullayev yeni baş məşqçinizdir. Bu dəyişiklik komandaya necə təsir edib?

- İdman növündən asılı olmayaraq, baş məşqçilərin tez-tez dəyişməsi komanda üçün yaxşı əlamət deyil. Çünki baş məşqçinin idmançıya, onun isə baş məşqçiyə öyrəşmə müddəti var. Xüsusən də yarışların az keçirildiyi dönəmdə baş məşqçilərin dəyişməsi yaxşı bir şey deyil. Amma elə şeylər var ki, məcburi edilir. Bizim baş məşqçimiz Namiq Abdullayev olimpiya çempionudur, idmançı karyerasını bitirdikdən sonra uzun müddət məşqçilik etməyib, bu vəzifədə çalışmayıb və birbaşa millinin baş məşqçisi vəzifəsinə gətirilib. Əlbəttə, vəzifəsi çətindir. Mənə elə gəlir ki, idmançılar, məşqçilər əl-ələ verib birlikdə çalışsaq, çətinliklərin öhdəsindən gəlmək olar. Qısaca onu demək istəyirəm ki, məşqçilərin tez-tez dəyişilməsi yaxşı əlamət deyil. Bu mənim şəxsi fikrimdir.

- Namiq Abdullayevlə artıq az da olsa, birlikdə işləmisiniz. Necə baş məşqçidir?

- Namiq Abdullayev ölkə idmanı üçün böyük uğurlar qazanıb. Amma hazırda baş məşqçi vəzifəsində bir-iki aydır işləyir. Onun çətinlikləri də ola bilər. Bu isə müvəqqətidir, komandaya öyrəşməlidir. İdmandan sonra uzun müddət baş məşqçilik fəaliyyəti ilə məşğul olmayıb. Onun üçün çətin olduğunu kənardan görürəm. Bu, o qədər də asan deyil. İnanıram ki, zaman keçdikcə düzələcək.

- Onun təyinatı siz güləşçilər üçün gözlənilməz olmadı?

- Bizdə əvvəllər əcnəbi baş məşqçilər var idi. Artıq onlar gedəndən sonra komandada yerli baş məşqçiyə ehtiyac var idi. Mənim üçün baş məşqçi o qədər də önəmli deyil. Firdovsi Umudovun rəhbərliyi altında da yaxşı nəticə göstərmişəm. Saypulla Absaidovun olduğu dönəmdə də uğurla çıxış etmişəm. İnanıram ki, Namiq Abdullayevin də vaxtında qızıl medallarım çox olacaq. Mənim üçün önəmli məsələ baş məşqçi kim olursa, komandası üçün canını qoyması və əziyyət çəkməsidir. Baş məşqçi olmaq asan görsənə bilər, amma çox çətindir. Gərək bütün idmançılara eyni gözlə baxasan, can yandırasan. Bu günə qədər kim baş məşqçi olubsa, öz işini layiqincə görüb. Namiq Abdullayev də dəyərli idmançılarımızdan olub. İnanıram ki, o da öz vəzifəsini yaxşı yerinə yetirəcək.

- Firdovsi Umudov federasiyada sərbəst güləş üzrə vitse-prezident olsa da, Namiq Abdullayevin baş məşqçi təyin olunduğu iclasda iştirak etmədi. Bunun səbəbini nədə görürsünüz?

- Mən bu mövzu ilə bağlı tam olaraq danışa bilmərəm. Firdovsi müəllimin ölkə güləşi və idmanı üçün həqiqətən böyük əziyyəti, işləri olub. Bunu mən və digər güləşçilər itirə bilmərik. Federasiya rəhbərliyi Namiq Abdullayevin baş məşqçi olmasını məsləhət görüb. Umudovun isə federasiyada öz işi və vəzifəsi var. Amma yenə də məşqçimizdir. Hər zaman öz məsləhətlərini verir.

Firdovsi Umudov
Firdovsi Umudov

- Sizcə, Firdovsi Umudovun həmin iclasda olmaması təsadüfidir?

- Mən o işlərə qarışa bilmərəm. Niyə iştirak etmədiyini deyə bilmərəm. Bir az qəliz məsələlərdir. Elə şeylər var ki, danışa bilmərəm.

- Fərdi Dünya Kubokunda qızıl medal əldə edə bilmədiniz. Lakin Ermənistan və digər ölkələrin təmsilçilərindən birinci yeri tutanlar oldu. Uğursuzluğun əsas səbəbini nədə görürsünüz?

- Bu barədə bayaq qısa danışmışdım. Uğursuzluğun əsas səbəbi yarışların olmamasıdır. Komandamızın 50 faizi dağıstanlılardan ibarətdir. Yuxarı çəki dərəcəsindəki güləşçilər digərlərindən kənarda məşq edirdilər. Onlar Mahaçqalada, biz isə Bakıda idik. Bir yerə yığışa bilmədik. Böyük məşqçimiz Zəlimxan Hüseynov da bizdən kənarda idi. O da yığmanın ən vacib məşqçilərindən biridir. Komandanın birlikdə olmaması, təlim-məşq toplanışlarının keçirilməməsi bizə çox təsir etdi. Toplanışa yarışa bir ay qalmış başladıq. Ölkədəki vəziyyətlə əlaqədar uzun müddət məşqsiz qaldıq, bu isə idmançılara çox təsir edir. Mən bunu əsas səbəb kimi göstərərdim. İdmançıların hamısı tam formada deyildilər. Şəxsən öz çıxışım barədə danışım. ¼ finalda qabırğam zədələndi. Yarımfinalda elə güləşdim. Üçüncü yer uğrunda da ağrılarla mübarizə apardım. Halbuki yarışa yollananda yaxşı formada idim. İlk görüşümdə dünya çempionunu sıradan çıxarmışdım.

Məqsədimiz Dünya Kubokunda gözəl nəticə, qızıl medal qazanmaq deyildi. Biz ilk olaraq, öz formamızı görmək istəyirdik. Həm də Dünya Kuboku sıradan bir yarışdır. Məqsəd özümüzü döşək üzərində görmək idi. Əsas hədəfimiz Avropa və dünya çempionatı, olimpiadadır.

- Karyeranızı nə vaxtadək davam etdirmək istəyirsiniz?

- Tam olaraq heç nə bilmirəm. Amma qismət olsa, olimpiadada qızıl medal qazansam, bəlkə idmanı ataram. Olimpiya çempionluğundan sonra idmanı dayandıra bilərəm. Apreldə 30 yaşım olacaq. Düşünürəm ki, yaşım da böyük idman üçün çoxdur. Dünyada 21, 22 və 25 yaşda istedadlı, gənc idmançılar yetişir. Onların enerjilərinin, güclərinin qarşısında dayanmaq çətin məsələdir. Olimpiya çempionu olsam, idmanı qalib kimi buraxa bilərəm.

Son xəbərlər

Bütün xəbər lenti茄子视频app丝瓜视频 视频茄子视频app丝瓜视频 视频,男性经常早上有晨勃现像正常吗?男性经常早上有晨勃现像正常吗?,猫咪1.1.2最新破解版下载猫咪1.1.2最新破解版下载
Orphus sistemi